Azərbaycanlıya İMF-də yüksək vəzifə verildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlıya İMF-də yüksək vəzifə verildi - Foto

İqtisadiyyat

28 Oktyabr 2019 07:58 1207


2017-ci ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə siyasəti və makroiqtisadi təhlil şöbəsinin müdiri çalışan Emin Muradov vəzifəsini tərk edib.

“Yeni Sabah” Banker.az-a istinadən xəbər verir ki, Emin Muradov nazirlikdəki vəzifəsini bu aydan etibarən dayandırıb və əmək fəaliyyətini Beynəlxalq Valyuta Fondunda (BVF və ya İMF) davam etdirəcək. Onun, beynəlxalq qurumda icraçı direktora müşavir təyin edilib.

Bildirək ki, IMF-in Baş ofisi ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşir. Toyuqlu pizza

Muradov üçün bu vəzifə ilk deyil. Belə ki, Maliyyə Nazirliyinə (AR) şöbə müdir təyin olunmamış Asiya İnkişaf Bankında da İcraçı direktorun müşaviri vəzifəsində çalışıb. Yerli qurumlardan "Unibank”, BFB və "Golden Pay” kimi yerlərdə çalışıb.

Texas Universitetinin iqtisadiyyat üzrə magistr dərəcəsi var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!