"Azercell" “Bölgələrə daha yaxın” şüarı ilə həyata keçən səfərlərini uğurla yekunlaşdırıb.
Yenisabah.az xəbər verir ki, şirkət bölgə sakinlərini yeni məhsulları ilə tanış etdi!
İyul ayının 12-dən etibarən regionlarımızı “Bölgələrə daha yaxın” şüarı altında gəzən "Azercell" səfərlərini uğurla tamamlayıb. Özündə silsiləvi tədbirləri cəmləşdirən kampaniya 2 həftə boyunca davam edib. Xaçmaz, Quba, Şəki, Gəncə, Bərdə, Cəlilabad da daxil olmaqla ümumilikdə 14 bölgəni əhatə edən tədbirdə abunəçilərə yeni məhsullar və xidmətlər təqdim olundu. Kampaniya çərçivəsində sonuncu görüş isə iyulun 25-də Füzuli rayonunda baş tutub. Dominos pizza
Aksiyanın davam etdiyi müddət ərzində bölgədəki abunəçilər ilə sıx ünsiyyət yaradılaraq onların bütün sualları cavablandırılıb. "Azercell" tədbir ziyarətçilərini maraqlı təkliflər ilə tanış etdi, qonaqlar üçün müxtəlif oyunlar keçirildi və hədiyyələr paylanılıb.
Kampaniya müddətində lider mobil operator rəsmi Instagram səhifəsində də müxtəlif müsabiqələr keçirərək izləyicilərinə internet paketləri qazanmaq imkanı yaradıb.
Ölkənin lider mobil operatoru "Azercell" abunəçilərini yeni layihələri ilə sevindirməyə davam edəcək.
Telegram kanalımız