Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

saytların hazırlanması

Evə çatdırılma

Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

Maraqlı

06 Fevral 2023 16:12 714


Lider mobil operator Türkiyədə səfərdə olan abunəçilərinin balansını təmənnasız şəkildə artırıb

Türkiyədə baş vermiş yeraltı təkanlarla əlaqədar olaraq “Azercell Telekom” MMC bu ölkədə olan abunəçilərinin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onların nömrələrinin balansını təmənnasız şəkildə artırıb.  Şirkət hazırda Türkiyədə rouminq xidmətlərindən istifadə edən həm fakturalı, həm də fakturasız xətt abunəçilərinin balansına vəsait yükləyib.   

Azercell bu fəlakət nəticəsində həlak olanların yaxınlarına, bütün qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyir.  Dördpendirli pizza

Azercell Əlaqə Mərkəzinə edilən zənglər pulsuzdur! Əlaqə üçün: +994506565000

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin qaynar xətti:

 +90 532 577 61 68

#TürkiyəSəninləyik


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!