“Azercell“ jurnalistlər üçün müsabiqə keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

“Azercell“ jurnalistlər üçün müsabiqə keçirəcək

İqtisadiyyat

12 Dekabr 2020 11:57 820


Dekabrın 14-19-da Azərbaycanda növbəti “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək. Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə onlayn şəkildə baş tutacaq.

“Azercell”dən Yenisabah.az-a verilən məlumata görə, həftə çərçivəsində şirkətin dəstəyi ilə jurnalistlər arasında “InnoWeek-İnnovasiyalar həftəsi 2020”-yə həsr olunan müsabiqə elan olunur: “InnoWeek-İnnovasiyalar həftəsi 2020” haqqında “Ən yaxşı veriliş”, “Ən yaxşı televiziya süjeti” və “Ən yaxşı məqalə” hazırlayan media nümayəndələri mükafatlandırılacaq. Bir müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər.

Müsabiqədə iştirak edən müəlliflərin hazırladıqları məqalə və video materiallar 25 dekabr tarixinədək yayımlanmalıdır. Materialların linkləri innoweek@mincom.gov.az elektron poçtuna göndərilməlidir. Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif barədə anket məlumatları (adı, soyadı, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) da təqdim olunmalıdır. Marqarita pizza

Nominasiyalar üzrə qəbul olunan materialları münsiflər heyəti dəyərləndiriləcək, nəticələr 29 dekabr tarixində açıqlanacaq. Qaliblər “Azercell” tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!