“Azərenerji” ASC 2023-cü ili 175,1 milyon manat xalis mənfəətlə bitirib.
“Yeni Sabah” xəbər verir ki, bu 2022-ci ilə nisbətən 60% və ya 261,4 milyon manat azdır.
Dövlət şirkəti 2022-ci il üzrə 436,5 milyon manat xalis mənfəət açıqlamışdı. pizza mizza
Xalis mənfəətin azalması enerji satışından gəlirin düşməsi və əməliyyat xərclərinin artması ilə əlaqədardır. Belə ki, şirkətin enerji satışından gəlirləri 2022-ci ildə 1 milyard 840,6 milyon manat olduğu halda, 2023-cü ildə 1 milyard 685,3 milyon manata enib. Yəni, satış gəlirləri 155,3 milyon manat azalıb.
“Azərenerji"nin ümumilikdə əməliyyat xərcləri isə 2022-ci ildəki 1,4 milyard manatdan 2023-cü ildə 1 milyard 447,3 milyon manata yüksəlib.
ASC-nin mənfəət vergisindən əvvəlki mənfəəti isə 2 dəfədən çox azalaraq 236,4 milyon manata enib.
31 dekabr 2023-cü il tarixində “Azərenerji"də 1 milyard 994,4 milyon manat yığılmış zərər olub. 2022-ci ilin sonunda yığılmış zərər 2 milyard 164,7 milyon manat idi.
Dövlət şirkətinin cəmi aktivləri 31 dekabr 2023-cü il tarixinə 17,5% artaraq 5 milyard 313,9 milyon manata çatıb. Bu dövrdə ASC-nin kredit borcu 8% artaraq 1 milyard 266 milyon manata yüksəlib.
Telegram kanalımız