“Azərenerji”  yenidənqurma işləri aparır

saytların hazırlanması

Evə çatdırılma

“Azərenerji” yenidənqurma işləri aparır

Sosial

27 Mart 2019 15:31 753


“Azərenerji” ASC “Reabilitasiya Proqramına” uyğun olaraq, elektrik stansiyaları, dispetçer idarəetmə mərkəzləri, yüksəkgərginlikli ötürmə xətləri ilə yanaşı sistem əhəmiyyətli yarımstansiyalarda da kompleks tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. 

"Yeni sabah" xəbər verir ki, dövlət tərəfindən ayrılan vəsait və daxili imkanlar hesabına “Azərenerji” ASC-nin balansında olan 220 kV-luq “Xırdalan” və “Müşfiq”, 110 kV-luq “8-ci km”, “Zabrat”, “Əhmədli”, “Dübəndi”, “Maştağa”, “Buta”, “Ələt”, “Zığ”, “Sumqayıt-2”, “Gəncə-1”, “Quba”, “Mingəçevir şəhər”, “Sabirabad”, “Şəki” və 205 saylı yarımstansiyalar yenidən qurulur. 

Bundan başqa Sumqayıt şəhərində sənaye komplekslərinin qidalandırılması üçün yeni 110 kV-luq “Sulfanol” yarımstansiyası tikilir və işlər yekunlaşmaq ərəfəsindədir.  Dominos pizza

Paralel olaraq “Reabilitasiya Proqramı” çərçivəsində son 6 ayda digər yarımstansiyalarda da təmir-bərpa işləri həyata keçirilib və yarımstansiyaların gücü əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, 110 kV-luq “Masazır” yarımstansiyasında 25 MVA transformator 40 MVA transformatorla,  “Cənub” yarımstansiyasında 25 MVA transformator 40 MVA transformatorla, “135 saylı” yarımstansiyada 2 ədəd 40 MVA transformatorlar 80 MVA transformatorlarla əvəz olunub. Eyni zamanda “Ələt” yarımstansiyasında 15 MVA transformator 25 MVA transformatorla, “Əhmədli” yarımstansiyasında 40 MVA transformator 80 MVA, 63 MVA transformator 80 MVA transformatorla, “Zabrat” yarımstansiyasında 63 və 40 MVA transformatorlar 80 MVA transformatorla əvəz edilib. 

Ümumilikdə isə son 6 ayda yarımstansiyalar üzrə 249 MVA güc artırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!