“Azergold” qızıl satışını dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

“Azergold” qızıl satışını dayandırdı

İqtisadiyyat

01 Aprel 2025 13:19 5264


“Azergold” QSC daxili bazarda qızıl satışını dayandırıb. 

“Yeni Sabah” xəbər verir ki, QSC aprelin 1-də rəsmi səhifəsindən həm külçə, həm də sikkə formasında satılan məhsulları yığışdırıb. Gümüş məhsullarının isə satışı davam edir. Bununla belə, dövlət şirkəti məsələ ilə bağlı hər hansı açıqlama verməyib. 

Bununla belə, satışın dayandırılmasının qlobal bazarlarda qızılın qiymətinin kəskin artması ilə bağlı ola biləcəyi ehtimal edilir. Belə ki, son bir neçə gündə qızılın qiyməti 100 dollardan çox bahalaşıb. Aprelin 1-nə isə birjalarda hətta 3176 dollara qədər yüksəlib.  Toyuqlu pizza

Qeyd edək ki, “Azergold” 2 qramdan 1000 qram çəkiyə qədər qızıl külçələrin və müxtəlif dizaynlarda 5,10, 20 qram və 1 unsiyalıq   sikkələrin satışını həyata keçirir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!