“Azergold” QSC-nin ixrac gəlirləri azalıb   - SƏBƏBİ AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

“Azergold” QSC-nin ixrac gəlirləri azalıb - SƏBƏBİ AÇIQLANDI

İqtisadiyyat

11 May 2024 10:01 2021


Bu ilin birinci rübündə “AzerGold” QSC-nin ixrac gəlirlərində azalma müşahidə edilib. QSC bu ilin yanvar-mart aylarında 12,8 milyon ABŞ dolları (21,76 milyon AZN) həcmində məhsul ixrac edib. 

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% və ya 1,2 milyon dollar azdır. 2023-ci ilin eyni dövründə “AzerGold”un ixrac gəlirləri 14 milyon dollar həcmində olub. 

İxrac gəlirlərindəki azalma ilə bağlı “AzerGold”dan Yenisabah.az-a verilən açıqlamaya görə, müşahidə edilən azalmanın səbəbi istehsal edilmiş qızılın bir hissəsinin daxili bazara yönəldilməsidir: Sezar pizza

“AzerGold” QSC ötən dövrlərdə olduğu kimi, 2024-cü ilin 1-ci rübü ərzində də müvafiq istiqamətlər üzrə fəaliyyətini uğurla davam etdirib. Belə ki, Cəmiyyət tərəfindən 11.5 min unsiya həcmində qızıl, 25.5 min unsiya həcmində gümüşün hasilatı həyata keçirilib. 

Bununla cari ilin ilk 3 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 2%, gümüş hasilatı planı isə 1% artıq icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qızıl hasilatında 58%, gümüş hasilatında 25% artıma nail olunub. 

2024-cü ilin birinci rübü üzrə ixrac göstəricilərinə gəldikdə isə müşahidə edilən planlı azalmanın səbəbi hesabat dövründə istehsal edilmiş qızılın bir hissəsinin daxili bazara yönəldilməsidir. Bildiyiniz kimi, “AzerGold” QSC qeyri-neft sektoru üzrə ölkəmizin ixrac potensialının artırılmasına töhfə verməklə yanaşı, qiymətli metalların pərakəndə satış bazarının stimullaşdırılması, zərgərlik sənayesinin inkişafı istiqamətində də fəal iş aparır. Bu məqsədlə də QSC tərəfindən hasil edilmiş qızıl və gümüşün müəyyən bir hissəsi müxtəlif dizayn və ölçülərdə sikkə və külçələrin istehsalına yönəldilir. Hazırlanmış müxtəlif növ məhsullar rəsmi satış və mübadilə mərkəzində alıcılara təqdim edilir. Həmçinin zərgərlik sənayesinin tələbatına uyğun olaraq xam qızıl və gümüşün yerli bazarda satışı həyata keçirilir”.

Şirkət açıqlamasında ilin növbəti dövründə həm hasilat, həm də satış göstəricilərində artım hədəflədiklərini bildirib:

“2024-cü ildə “AzerGold” QSC ixrac gəlirləri, o cümlədən hasilat və ümumi satış göstəricilərində plana uyğun olaraq artımı hədəfləyir. 2024-cü il üçün hasilat və satış 70 min unsiya qızıl həcmində planlaşdırılır. Bu, ötən ilin göstəriciləri ilə müqayisədə qızıl hasilatında 10%, qızıl satışında isə 3% daha artıq hədəfdir”. 

Qeyd edək ki, “AzerGold” ixracının həcminə görə qeyri-neft sektoru üzrə fəaliyyət göstərən dövlət şirkətləri arasında 5-ci olub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!