Azəri qızı Günel qəzadan sonra həmkarlarını qınadı

saytların hazırlanması

Evə çatdırılma

Azəri qızı Günel qəzadan sonra həmkarlarını qınadı

Şou

28 Dekabr 2024 10:06 1290


Müğənni Günel Zeynalova sosial media hesabında paylaşım edib.

Yenisabah.az xəbər verir ki, ifaçı türkiyəli həmkarlarının Aktauda qəzaya uğrayan AZAL-la bağlı paylaşım etməmələrini qınayıb.

O, “Türkiyədə zəlzələ, meşə yanğınları zamanı onların yanında olub acılarını bölüşdük. Ümumiyyətlə Türkiyədə hər hansı faciə yaşananda biganə qalmadıq. Çünki dost pis gündə tanınar. Amma instaqram izləyicilərimdən olan türklərin Azərbaycanla bağlı baş verən hadisəyə dair paylaşım etdiyini görmədim. Ayıb olsun” sözləri yazılan paylaşımı sosial media hesabında yayımlayaraq səsləndirilən fikirləri dəstəkləyib. pizza mizza

“Heç vaxt bununla bağlı mənə nəsə deyilməyib. Ürəkdən kədərinizi hiss etmişəm, acınız acımızdır. Sənətçi dostlarım haradasınız?” deyə, Günel türkiyəli sənətçilərə irad bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!