Azəriqaz-da 43 mindən çox abonent qeydə alınıb

saytların hazırlanması

Evə çatdırılma

Azəriqaz-da 43 mindən çox abonent qeydə alınıb

Sosial

10 İyun 2019 12:09 1309


Bu ilin yanvar-may ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 43 153 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz”dan “Yeni Sabah”a verilən məlumata görə, bunun da 21 240-ı Bakı, Abşeron və Sumqayıt, 21 913-ü isə regionlar üzrədir.

Bildirilib ki, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub. Toyuqlu pizza

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 226 675-ə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!