“Azəriqaz” da onlayn iş rejiminə keçdi

saytların hazırlanması

Evə çatdırılma

“Azəriqaz” da onlayn iş rejiminə keçdi

Sosial

18 Mart 2020 19:26 568


Dünyada yayılmış koronavirusun (COVİD-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan hökuməti təxirəsalınmaz tədbirlər görür. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu baxımdan SOCAR-ın Baş ofisi və strukturuna daxil olan qurumlar, o cümlədən “Azəriqaz”da da bir sıra əlavə zəruri tədbirlərin görülməsinə başlanılıb. Beləliklə, bayram günlərində də qurum adi iş rejimində fəaliyyətini davam etdirəcək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər daha da gücləndiriləcək. Dördpendirli pizza

İstehsalat Birliyinin müəyyən edilmiş sayda işçiləri Novruz bayramındakı qeyri-iş günlərində (martın 20, 21, 22, 23, 24, 25, 26 və 27-si) tam iş günü rejimində işlərə cəlb ediləcəklər. Lakin 60 yaşdan yuxarı şəxslər və öhdəsində azyaşlı uşağı olan qadınlar, eləcə də onkoloji və yaxud ağciyər xəstəliyi olan digər şəxslər, həmçinin birgə yaşayan ailə üzvlərində qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi oxşar hallar aşkarlanan işçilər qeyd edilən tarixlərdə işə cəlb edilməyəcək. Bundan başqa, qəbul otağında vətəndaşların fiziki qəbulları təxirə salınır, vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçiriləcək.

Bununla yanaşı, günün 24 saatı “Azəriqaz”ın sosial şəbəkələrdəki ünvanları, 104/185 saylı Çağrı Mərkəzinin "qaynar xətt"i, (077) 3 104 104 nömrəli daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə də müraciətlər qəbul olunacaq. İş yerlərinə kənar şəxslərin, o cümlədən işlə əlaqədar qonaqların girişi məhdudlaşdırılır və belə görüşlərin məsafədən təşkil edilməsi üçün tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!