“Azəriqaz“ əməkdaşını elektrik vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

“Azəriqaz“ əməkdaşını elektrik vurub öldürdü

Hadisə

05 Aprel 2023 17:48 816


Qubada fəhlə bədbəxt hadisə zamanı ölüb. 

Rayon prokurorluğundan Yenisabah.az-a verilən xəbərə görə, aprelin 5-i saat 14 radələrində 38 yaşlı Turab Nəsirovun ölməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı “DOST İş Mərkəzi” MMC xətti ilə  “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismar İdarəsinin Quba Xidmət Sahəsinə fəhlə kimi təhkim edilmiş Turan Nəsirovun rayonun Amsar kəndi ərazisində elektrik dirəyindən ötürücü naqili kəsmək istəyən zaman cərəyan vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Sezar pizza

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!