“Azəriqaz” rəhbərinin səhhəti pisləşdi: vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

“Azəriqaz” rəhbərinin səhhəti pisləşdi: vəziyyəti ağırdır

Siyasət

10 Sentyabr 2025 19:14 3606


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov xəstəxanaya yerləşdirilib.

Yenisabah.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, ötən ay onun səhhətində qəfil problemlər yaranıb.

Məlumata görə, A.Məmmədov xəstəxanaya müraciət edib və onun vəziyyətinin ağır olduğu bildirilib. O, bir müddətdir xəstəxanaya yerləşdirilib. pizza

Qeyd edək ki, A.Məmmədov ötən ilin martında “Azəriqaz”ın baş direktoru vəzifəsinə təyin olunub. O, daha əvvəl baş direktorun müavini, 2023-cü ilin mart ayına qədər isə “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb.

Əvvəllər isə “İnpatBank” (Azərbaycan) İdarə Heyətinin sədri (1993-1996), “AZEXİM” Korporasiyasının kommersiya və maliyyə direktoru (1996-2000), “Milio Commodity Services” MMC-nin Bakıdakı Nümayəndəliyinin rəhbəri (2000-2003), “Azərboru” SC-də maliyyə direktoru (2003-2013) vəzifələrində işləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!