Bu gün “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov Fizuli rayonunda vətəndaşları qəbul edib.
"Yeni Sabah" bildirir ki, Heydər Əliyev Mərəkezinde keçirilən qəbulda Fizuli rayonunun sakinləri iştirak ediblər. Qəbul zamanı “Azərişığ”ın fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənib.
R.Yusifov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkəsinin rəisine müvafiq göstərişlər verib. Pepperoni pizza
Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə öz həllini tapıb.
Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişığ”ın fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.
Telegram kanalımız