“Azərişıq” Abşeronda yenidənqurma işləri aparır

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” Abşeronda yenidənqurma işləri aparır

İqtisadiyyat

21 Fevral 2023 11:19 1787


“Azərişıq” ASC Abşeron rayonu ərazisində yenidənqurma işləri aparır.

Rayonun Masazır qəsəbəsində, yeni massiv adlanan ərazidə “Azərişıq” ASC yeni elektrik şəbəkəsi qurur.

İşlər çərçivəsində 1 km-dan çox 10 kV-luq, 4 km-a yaxın 0,4 kV-luq elektrik xətti çəkiləcək. Müxtəlif güclərdə komplekt transformator məntəqələri quraşdırılacaq. pizza hut

Bunlarla yanaşı, Qobu qəsəbəsi ərazisində yeni güc mərkəzləri yaradılıb, 5 km-a yaxın 0,4 kV-luq elektrik xətti çəkilib. Həmçinin Abşeron rayonunun Çaylı kəndində yenidənqurma işləri davam etdirilir.

Abşeron rayonunda görüləcək işlərlə abonentlər keyfiyyətli və dayanıqlı elektrik enerji ilə təmin ediləcək, elektrik enerjisindəki itkilər mimumuma endiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!