“Azərişıq” ASC-nin məmurlarından şikayət - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” ASC-nin məmurlarından şikayət - Yenilənib

Sosial

07 Dekabr 2019 06:28 2368


“Mən haqsız yerə “Azərişıq” ASC-nin İmişli RET-sinin rəisi Canəhməd Əhmədov və Ağcabədi rayon işıq idarəsinin müdiri Fariz İsmayılov tərəfindən qeyri-qanuni olaraq işdən çıxarılmışam”. 

Bunu “Yeni Sabah”a müraciətində Rövşən Məmmədov adlı vətəndaş bildirib. O, iddia edib ki, haqsız olaraq işdən çıxarılıb:

“Məhkəmələrə müraciət etdim, pulum, adamım olmadığı üçün uduzdum. İndi ancaq Konstitusiya Məhkəməsi qalıb. Sizdən xahiş edirəm, mənə köməklik göstərəsiniz, hüququm bərpa oluna. Özüm 15 ilə yaxındır YAP-ın aktiv, fəal üzvüyəm, həmişə cənab Prezidentin siyasətini dəstəkləyən olmuşam, ancaq buna baxmayaraq, məni haqsız yerə işdən çıxarıblar”. pizza

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin də mövqeyini öyrəndik. Saytımıza danışan sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu sözləri deyib:

“Həmin şəxs iki il bundan qabaq dəfələrlə xəbərdarlıq edildikdən sonra işdən azad olunub. İşindən azad olunmasının əsas səbəbi mütəmadi olaraq işə gəlməməsi, işinə məsuliyyətsiz yanaşması, işinin öhdəsindən gələ bilməməsidir”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!