“Azərişıq” ASC Saatlı və Sabirabadın elektrik təsərrüfatını yeniləyir

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” ASC Saatlı və Sabirabadın elektrik təsərrüfatını yeniləyir

Sosial

15 Sentyabr 2025 14:59 273


Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC Saatlı və Sabirabadın bir sıra kəndlərində elektrik təsərrüfatının yenidən qurulması işlərini davam etdirir.

"Azərişıq"dan Yenisabah.az-a verilən məlumata görə, Saatlının Hacıqasımlı, Kamallı kəndlərində 0.4 və 10 kV-luq elektrik şəbəkələri tamamilə yeniləyib. 0.4 kV-luq metal dayaqlar əkilib, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilib. Adı çəkilən kəndlərin hər birində 6 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb.

Saatlının Nabatkənd, Çolpı, Nərimankənd, Musalı, Əlisoltanlı və Dəllər kəndlərində də layihə üzrə elektrik şəbəkələri yenilənib. Sözügedən kəndlərdə ümumilikdə 50-dək yeni güc mərkəzi yaradılıb.  pizza sifarişi

Sabirabadın Əhmədabad kəndində 0.4 və 10 kV-luq köhnəlmiş  dayaqlar yeni metal dayaqlarla əvəz olunur. Həmçinin 0.4 kV-luq ÖİN kabel xətti çəkilir, sayğaclar yenilənir. Kənddə 9 ədəd müasir tipli KTM-in quraşdırılması nəzərdə tutulub.   

Saatlı və Sabirabad rayonları da daxil olmaqla ümumilikdə Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 18 kənddə yenidənqurma işləri aparılır.

Şirvan RETSİ ilə yanaşı “Azərişıq” ASC ölkənin bütün regionlarında əsaslı təmir və quruculuq işlərini davam etdirir. Görülən işlər vətəndaşların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!