“Azərişıq” ASC Şirvanda yenidənqurma işlərini davam etdirir

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” ASC Şirvanda yenidənqurma işlərini davam etdirir

İqtisadiyyat

19 Aprel 2024 10:53 1848


Prezident İlham Əliyevin göstərişləri əsasında “Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir. İnvestisiya layihəsi çərçivəsində Şirvan elektrik şəbəkəsində də yenidənqurma və əsaslı təmir işləri görülür. Şirvan şəhərində 35 kV-luq hava xətlərinin keçdiyi ərazidə dəmir dayaqlar basdırılıb və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilib. 

Şəhərdə 35 kV-luq 754.1, 754.2 və 756 saylı hava xətlərinin keçdiyi ərazidə Tədbirlər Planına uyğun olaraq əsaslı təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir. Həmin ərazidə həmçinin, 35 kV-luq müasir tipli yeni dayaqlar basdırılır. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq  işlər görülərkən xətlər və dayaqlar əhalinin sıx məskunlaşdığı ərazilərdən çıxarılaraq daha əlverişli ərazilərdən çəkilir. 

Xatırladaq ki, Şirvan şəhərinin və Hacıqabul rayonunun əksər hissələrindən keçən elektrik xətləri ötən əsrin ortalarında çəkilib. 60-70 il istismar edildiyi üçün bu xətlərin əsaslı yenidənqurmaya ehtiyacı var idi. Müasir elektrik şəbəkəsinin qurulduğu ərazilərdə sakinlər dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunurlar.  pizza hut

Şirvan regional enerji təchizatı və satış idarəsinin (RETSİ) əhatə etdiyi şəhər və rayonlarda yenidənqurma işləri bu gün də davam etdirilir. Həmçinin, investisiya proqramına uyğun olaraq ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsi yenilənir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı, həm də elektrik enerjisi itkilərini minimuma endirməkdir.       

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!