“Azərişıq” da ləğv oluna bilər – Struktur islahatları davam edəcək

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” da ləğv oluna bilər – Struktur islahatları davam edəcək

İqtisadiyyat

24 Oktyabr 2019 13:08 1535


Baş nazir Novruz Məmmədovun istefaya göndərilməsi ilə sürət götürən kadr və struktur islahatları davam edəcək.

“Yeni Sabah” xəbər verir ki, daha bir neçə məmurun istefası və bir-birini təkrarlayan qurumların birləşdirilməsi gözlənilir. 

Bu sırada ilk olaraq “Azərişıq” ASC-nin adı çəkilir. Məlumat üçün deyək ki, ölkə başçısı İlham Əliyevin  10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb və qurum “Azərenerji”nin tərkibindən çıxarılıb.  pizza

O zaman bu, “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin artıq etimadını itirdiyi ilə izah edilirdi. “Azərişıq”ın müstəqil quruma çevrilməsi də onun səalhiyyətlərinin məhdudlaşdırılması ilə izah edilirdi.

2018-ci ildə Etibar Pirverdiyev tutduğu vəzifədən azad edilib. Onun yerinə “Azərişıq” ASC-nin sədri Baba Rzayev təyin edilib. ASC isə hələ də rəhbərsizdir. İddalara görə, bu səbəbsiz deyil. Qarşıdakı günlərdə “Azərişıq” ASC-nin müstəqil qurum kimi ləğv olunaraq “Azərenerji”yə birləşdirilməsi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!