“Azərişıq” gücləndirilmiş iş rejimində çalışacaq

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” gücləndirilmiş iş rejimində çalışacaq

İqtisadiyyat

18 Yanvar 2021 13:42 710


Milli Hidrometrologiya  Departamentindən daxil olan məlumata əsasən yanvarın 19-dan 21-dək ölkə arazisində hava şəraitinin qeyri - sabit keçəcəyi gözlənilir. Gücləndirilmiş iş rejimində çalışan “Azərişıq” ASC-də əlavə tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Yenisabah.az xəbər verir ki, məsələ ilə əlaqədar “Azərişıq” ASC rəhbərliyinin  tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

“Azərişıq” ASC rəhbərliyinin göstərişinə əsasən regionlarda da növbətçilik yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışacaq. Qurum istehlakçılara müraciət edərək bildirir ki, qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!