“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

İqtisadiyyat

17 Fevral 2021 12:41 683


Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatla əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bununla əlaqədar Bakıda və regionlarda növbətçilik sistemi təşkil olunub, ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib. pizza hut

"İstehlakçılar elektrik eneri təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar", - deyə qurum bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!