Ölkənin ərazi bütövlyü uğrunda aparılan müharibəyə dəstək məqsədiylə müxtəlif idarə və təşkilatlar, ayrı-ayrı vətəndaşlar Azərbaycan Ordusuna yardım edirlər.
Yenisabah.az xəbər verir ki, “Azərişıq” ASC-nin rəhbər heyəti də bir aylıq maaşını Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər. pizza hut
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.
Telegram kanalımız