“Azərişıq” sədri Şabranda vətəndaşları qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” sədri Şabranda vətəndaşları qəbul etdi

İqtisadiyyat

24 Noyabr 2023 17:19 2763


“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şabranda vətəndaşları qəbul edib.

Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov noyabrın 24-ü saat 10:00-da Şabranda Şabran və Siyəzən  rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub. Pepperoni pizza

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Şabran rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!