“Azərişıq“dan smart-kartlara 10 manatlıq hədiyyə ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq“dan smart-kartlara 10 manatlıq hədiyyə ilə bağlı AÇIQLAMA

Sosial

26 Aprel 2020 19:29 2291


“Elektrik enerjisi ilə bağlı smart-kartlara ödəniş terminallarında 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir, bu məlumat tamamilə yanlışdır”.

Yenisabah.az xəbər verir ki, bunu APA-ya açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi insanlar yanlış məlumatlar paylaşıb, səs yazıları, elanlar verərək elektrik enerjisi ilə bağlı smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edildiyini bildiriblər. Bu gün xüsusən bölgələrdə ödəniş terminallarının qarşısında smart-kartlarını yükləmək istəyən insanların növbəsi müşahidə olunub. pizza mizza

Xatırladaq ki, dünən gecə saatlarından qazla bağlı da smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı insanların kütləvi aldadılması halları aşkarlanıb. “Azəriqaz” İstehsalat Birliyi bu məlumatın həqiqəti əks etdirmədiyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!