“Azərişıq“ın əməkdaşını məktəbdə “tok“ vurdu

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq“ın əməkdaşını məktəbdə “tok“ vurdu

Hadisə

12 Yanvar 2022 10:50 617


Yanvarın 11-i saat 11 radələrində Ağsu rayon sakini, “Azərişıq”ASC-nin Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağsu sahəsində sayğacquraşdırıcı texnik vəzifəsində işləyən 1988-ci il təvəllüdlü Xəyal Şərifovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Ağsu rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, araşdırmalarla Xəyal Şərifovun Ağsu şəhər 2 saylı tam orta məktəbin həyətində yerləşən 10 kv-luq transformatorun üzərində sayğac quraşdırarkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində öldüyü müəyyənləşib.

Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Toyuqlu pizza

Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!