“Azərişıq”ın əməkdaşı vəzifə başında öldü

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq”ın əməkdaşı vəzifə başında öldü

Hadisə

24 Fevral 2022 10:03 1018


“Azərişıq” ASC-nin əməkdaşı vəzifə başında ölüb.

Bu barədə Yenisabah.az-a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 23-də rayonun Bayramlı kəndində Bəhman Abbasovun iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Toyuqlu pizza

Aparılan araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Qərb RETSİ-nin Şəmkir Elektrik Şəbəkəsinin Zəyəm sahəsinin ustası vəzifəsində işləyən Bəhman Abbasov xidməti ərazisində yerləşən əkin sahəsində olan işıq dirəyinin yuxarı hissəsində elektrik naqillərini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!