Azərkeş oyun zamanı Ronaldoya hücum etdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərkeş oyun zamanı Ronaldoya hücum etdi - FOTO

İdman

17 Oktyabr 2023 14:34 495


Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu AVRO-2024-ün seçmə mərhələsinin Bosniya və Herseqovina ilə səfər oyununda (5:0) azarkeşin hücumuna məruz qalıb. 

Yenisabah.az xəbər verir ki, hadisə ilk hissənin sonunda - 38 yaşlı forvard künc bayrağının yanında dayandığı zaman baş verib. 

Fanatlardan biri əlində mobil telefonla meydançaya qaçaraq futbolçunu tutub. Lakin mühafizəçilər dərhal müdaxilə edərək, azarkeşi Ronaldunun yanından uzaqlaşdırıblar.  pizza

Qeyd edək ki, Portuqaliya millisi AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi səkkiz görüşdən sonra 24 xal toplayaraq final mərhələsinə vəsiqəni təmin edib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!