“Azərpoçt” MMC-nin təşkil etdiyi məqalə müsabiqəsinin qalibləri açıqlandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Azərpoçt” MMC-nin təşkil etdiyi məqalə müsabiqəsinin qalibləri açıqlandı - Fotolar

Sosial

07 Oktyabr 2025 00:14 270


9 oktyabr - Ümumdünya Poçt Günü ərəfəsində "Azərpoçt" MMC tərəfindən jurnalistlər arasında təşkil edilmiş məqalə müsabiqəsinin qalibləri açıqlanıb.

Yenisabah.az xəbər veri ki "Report" İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin rəhbəri və baş redaktorun müavini İlahə Məmmədli qaliblər sırasında yer alıb.

Belə ki, İlahə Məmmədli "Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası" mövzusunda məqalə müsabiqəsində I yeri tutub. Həmçinin AZƏRTAC-ın iqtisadiyyat müxbiri Pərvanə Qafarova və "İki sahil" qəzetinin əməkdaşı Yaqut Aslanova da birinci yerə layiq görülüb. Pepperoni pizza

II yeri "Yeni Sabah" saytının əməkdaşı Nazim Hacıyev, "Səs" qəzetinin jurnalisti Lalə Mehrəliyeva və AZƏRTAC-ın müxbiri Süvar İbadov layiq görülüblər.

Mükafatlandırma mərasimində qaliblərə xüsusi diplomlar, pul mükafatları və Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə buraxılmış markalar təqdim edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!