“Azərsu” Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin mart ayı üçün nəzərdə tutulan qəbul günlərinin tarixi dəyişdirilib.
Qurumdan “Yeni Sabah"a daxil olan məlumata görə, dəyişikliyə əsasən, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Horadiz şəhərində Füzuli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərini martın 31-də qəbul edəcək.
Sədrin birinci müavini Teyyub Cabbarovun Beyləqan və Xocavənd, sədr müavini Etibar Məmmədovun İmişli rayonunun sakinləri ilə görüşləri martın 30-da keçiriləcək. Pepperoni pizza
Vətəndaşlar qəbul üçün Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və office@azersu.az elektron poçtu vasitəsilə müraciət edə bilərlər.
Telegram kanalımız