“Azərsu“ “skoç“la boru bərpa edib? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Azərsu“ “skoç“la boru bərpa edib? - Rəsmi açıqlama

Sosial

24 Oktyabr 2019 09:41 1199


Su borusunun "skoç"la bərpa olunması məsələsinə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti rəsmi cavab verib.

"Yeni Sabah" xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə bildirib ki, həmin boru azbes borudur və onunla içməli su yox, tullantı suyu axıdılır:

"Həmin görüntülər Gəncə şəhəri, Mirzə Abbas Abbaszadə küçəsi 25 ünvanında çəkilib. Onun su borusu olduğu deyilsə də, bu, belə deyil, həmin boru azbes borudur və onunla tullantı suyu axıdılır. Kadrdan da gördüyünüz kimi, ərazidə yeni kanalizasiya xətləri çəkilir. Tikinti zamanı zədələnmiş azbes borunun bərpası üçün ilkin olaraq oradan axan tullantı suyun qarşısını almaq tələb olunur ki, xəndəyə su yığılmasın və yeni xəttin çəkilişinə maneə törətməsin. Məhz buna görə skoçla axıntının qarşısı alınır". Dominos pizza

A.Cəbrayıllı qeyd edib ki, yeni xətt çəkildikdən sonra onun üzəri əks dolğu materialları ilə örtüldükdən sonra həmin zədələnmiş hissə betonla bərkidiləcək:

"Ən sonda yeni kanalizasiya sistemi istismara veriləndən sonra həmin azbes borularla axıdılan tullantı suları yeni şəbəkəyə yönəldiləcək və borular istismardan çıxarılacaq".

Xatırladaq ki, təmir zamanı çəkilən görüntü sosial mediada müzakirələrə səbəb olmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!