“Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib

saytların hazırlanması

Evə çatdırılma

“Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib

Sosial

15 Sentyabr 2025 16:24 1176


“Azərsun Holdinq” in hər il ənənəvi olaraq təşkil etdiyi ali təhsil müəssisələri ilə illik əməkdaşlıq görüşü bu il də uğurla yekunlaşıb.

Görüşdə ölkənin aparıcı ali təhsil ocaqlarının nümayəndələri şirkətlər qrupunun cari il ərzində gənclərlə bağlı həyata keçirdiyi təşəbbüslər, müxtəlif proqramlar və layihələrlə tanış olublar.  Gənc İstedadlar Proqramı, Yay Təcrübə Proqramı və digər inkişaf təşəbbüsləri ətraflı müzakirə olunub.

Bundan əlavə, universitetlər tərəfindən təşkil edilən məcburi istehsalat təcrübəsi proqramlarının planlanması, qəbul qaydaları və həyata keçirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.  Marqarita pizza

Həmçinin bu ildən etibarən “Azərsun Holdinq” tərəfindən ali təhsil müəssisələrində “Şirkət Günü”nün keçirilməsi ilə bağlı razılıq əldə olunub. 

“Azərsun Holdinq” bu cür təşəbbüsləri ilə ölkədə insan kapitalının inkişafına, gənclərin karyera imkanlarının artırılmasına və akademik mühitlə iş dünyası arasında körpü rolunun gücləndirilməsinə xidmət edir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!