“Azərsu”ya daha 8 milyon manat ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

“Azərsu”ya daha 8 milyon manat ayrıldı

Sosial

19 Dekabr 2019 13:14 808


Prezident İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Yeni Sabah"ı məlumatına görə, sərəncamla Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 8 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!