AZƏRTAC-dan TASS-a XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

AZƏRTAC-dan TASS-a XƏBƏRDARLIQ

Siyasət

31 İyul 2025 23:45 607


Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC Rusiyanın TASS agentliyinə rəsmi etiraz bəyanatı yayıb.

AZƏRTAC bəyanatda 31 iyul tarixində TASS-ın “Xankəndi” əvəzinə “Stepanakert” ifadəsini işlətməsinə sərt reaksiya verib. Bildirilib ki, bu ad erməni bolşevik lideri və azərbaycanlılara qarşı qətliamlarla tanınan Stepan Şaumyana istinadən istifadə olunur və bu addım Azərbaycan xalqının hisslərinə qarşı hörmətsizlikdir.

Bəyanatda qeyd olunub ki, TASS bundan əvvəl – 19 və 24 iyul tarixli xəbər başlıqlarında “Xankəndi” adından istifadə edirdi və qəfil “Stepanakert”ə qayıtması təəccüb doğurur. Pepperoni pizza

AZƏRTAC xəbərdarlıq edərək bildirib:

“Əgər TASS bu xətanı düzəltməzsə, Azərbaycan tərəfi də Rusiya şəhərləri üçün tarixi adlardan istifadə etməyə başlaya bilər – məsələn, Königsberq (Kalininqrad), Orenburq üçün Orynbor, Vladivostok üçün Furukamappu və s.”

Agentlik bu cür halların iki dövlətin informasiya qurumları arasında dost münasibətlərə zərər vura biləcəyini qeyd edərək, TASS-ı rəsmi adlardan istifadəyə və yanlış tərcümələrdən çəkinməyə çağırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!