“Azfinance”a aid şirkət 2 milyon manata yaxın zərər edib

saytların hazırlanması

Evə çatdırılma

“Azfinance”a aid şirkət 2 milyon manata yaxın zərər edib

İqtisadiyyat

06 Oktyabr 2023 08:22 899


“AzeSteelCompany” ASC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“Yeni Sabah”ın məlumatına görə, “AzeSteelCompany” 2022-ci ildə 1,8 milyon manat xalis zərər edib. Halbuki, 2021-ci ildə şirkət 297.9 min manat xalis mənfəət açıqlamışdı. 

Hesabat dövründə şirkətin gəlirləri 20,6 milyon manata, satışın maya dəyəri isə 19,9 milyon manata bərabər olub. Şirkət inzibati xərclərini isə 20 dəfə artıraraq 1,44 milyon manat çatdırıb. Nəticədə əməliyyat zərəri 1,17 milyon manat təşkil edib. Dördpendirli pizza

Bununla belə, 2022-ci ildə şirkət böyüyüb. Belə ki, bu il yanvarın 1-nə “AzeSteelCompany”nin cəmi aktivləri 42.9% artaraq 20 milyon 393.2 min manat təşkil edib. Şirkətin cəmi öhdəlikləri 79.2% artaraq 12 milyon 288,1 min manata, cəmi kapitalı isə 9,4% artaraq 8 milyon 105.1 min manata bərabər olub.  

Xatırladaq ki, metal məmulatlarının istehsalı ilə məşğul olan “AzeSteelCompany” 2003-cü ildə yaradılıb. Onun səhmlərinin 65,06%-i “Azfinance” investisiya şirkətinə, 19,81%-i Cəmaləddin İsmayılova,7,04%-i Kənan Ağayevə, 4,79%-i Aysel Səfərəliyevaya,  3,3%-i isə Ömər Hüseynova aiddir. ASC-nin nizamnamə kapitalı 8,355 milyon manatdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!