Fazil Mustafa Məclisdə mürgüləməsi barədə: “Gün ərzində cəmi 2 saat yatmışam”

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafa Məclisdə mürgüləməsi barədə: “Gün ərzində cəmi 2 saat yatmışam”

Siyasət

25 Sentyabr 2024 10:39 447


Prezident İlham Əliyevin VII çağırış parlamentin açılış nitqi zamanı bir neçə deputatın mürgüləməsi ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. 

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Fazil Mustafa həmin deputatların sırasında görüntülənməsinə belə münasibət bildirib: 

“Bu, təbii haldır. İnsanlar gözünü yumub, aça da bilər. Bu, yorğunluq əlaməti də ola bilər. Konkret olaraq həmin gün ərzində cəmi 2 saat yatmışam. Bütün günün axşamı vacib yazı hazırlamalı idim. Bununla məşğul olmuşam. Görünür, müəyyən yorğunluq əlamətləridir. Sezar pizza

Amma yayılan kadr həm də Azərbaycan jurnalistikasında savadsızlığın nə qədər tüğyan etdiyini göstərir. Yəni Azərbaycan dilini doğru ifadə edə bilməmənin bir görüntüsüdür. Bunu yayan, mətni hazırlayan jurnalistlər savadsız və peşəkarlıqdan uzaq insanlardır. Niyə bunu deyirəm? Çünki yuxulamaqla mürgüləmək Azərbaycan dilində tamamilə fərqli şeylərdir. Kimsə görüntüləri “yuxulamaq” kimi qiymətləndirirsə, bu, artıq tipik dili bilməmək, dildə olan sözlərin məna fərqini ayıra bilməməkdir. Diqqəti buna çəkmək, məncə, daha çox vacibdir. Təbii ki, bizim hazırlıqlı, kifayət qədər peşəkar jurnalistlərimiz də var. Onlar bu savadsız jurnalistləri, ən azından, qınayacaqlar ki, savadlı, konkret xəbərin, hadisənin mətnini doğru tərtib etməyi öyrənsinlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!