“AzSığorta”nın bazar payı azalır: İtkilər sürətlə artır

saytların hazırlanması

Evə çatdırılma

“AzSığorta”nın bazar payı azalır: İtkilər sürətlə artır

İqtisadiyyat

31 Avqust 2023 15:41 1232


2023-cü ilin yanvar-iyul aylarında  "AzSığorta" şirkəti 5,38 milyon manat sığorta haqqı toplaya bilib.

"Yeni Sabah"ın hesablamasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 24,1% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 1,7 milyon manat olub. 2022-ci ilin ilk yeddi ayında  "AzSığorta"nın yığımları 7,08 milyon manat təşkil etmişdi. 

Yığımların azalması fonunda sığorta şirkətinin ödənişlər xeyli artıb. "AzSığorta"nın sığorta ödənişləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin yeddi ayında 27,3% və ya 1,3 mln. manat artaraq 6,05 milyon manata yüksəlib. 2022-ci ilin eyni dövründə bu rəqəm 4,75 milyon manat təşkil edib.  Marqarita pizza

Ümumilikdə, yığımlardakı azalma fonunda ödənişlərin artması sığorta şirkətinin zərərliliyini (ödəniş-yığım nisbəti) artırıb. Belə ki, 2022-ci ilin ilk yeddi ayında  "AzSığorta" topladığı hər 100 manatdan 67,1  manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə şirkət topladığından artıq - yəni hər 100 manata görə 112,6 manat ödəniş edib. 

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!