AzTu-nun əməkdaşı koronavirusdan vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

AzTu-nun əməkdaşı koronavirusdan vəfat etdi - Foto

Hadisə

13 Mart 2021 16:56 882


Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının əməkdaşı Rəna Kərimova 58 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə AzTU-dan məlumat verib.

R.Kərimava koronavirus infeksiyasından dünyasını dəyişib. pizza sifarişi

Qeyd edək ki, mərhum 1963-cü ildə Bakıda anadan olub. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib.

AzTU-nun rəhbərliyi və kollektivi Rəna Kərimovanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!