AzTV-dən qəzaya düşən əməkdaşlarının son durumu ilə bağlı   açıqlama

saytların hazırlanması

Evə çatdırılma

AzTV-dən qəzaya düşən əməkdaşlarının son durumu ilə bağlı açıqlama

Sosial

11 Sentyabr 2019 09:52 835


Xəbər verdiyimiz kimi, dünən Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Parlament prospektində 2 avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.

AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov “Yeni Sabah”a açıqlamasında yaralıların vəziyyətinin normal olduğunu bildirib: pizza sifarişi

“Vəziyyətləri normaldır, bir nəfər xəsarət almışdı, onun da vəziyyəti yaxşılaşır. Samir Cəfərzadə hazırda xəstəxanadadır. Digər iki xanım (Əzizova Aytac, Talıbova Səbinə) xəsarət almayıb və onların vəziyyəti yaxşıdır. S.Cəfərzadə isə ya bu gün, ya da sabah evə buraxılacaq”. 

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!