AzTV-nin binasında tavan çökdü,   kanalın əməkdaşı öldü

saytların hazırlanması

Evə çatdırılma

AzTV-nin binasında tavan çökdü, kanalın əməkdaşı öldü

Hadisə

25 Dekabr 2020 23:12 1740


Xəbər verdiyimiz kimi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, axşam saatlarında televiziyanın ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə dağıntılar altında qalan kanalın əməkdaşının həyatını xilas etmək mümkün olmayıb: pizza sifarişi

"Dağıntı altında qalan əməkdaşımızı xilas etmək mümkün olmayıb.

Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.

Allah rəhmət eləsin!".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!