AzTV-nin mətbuat katibi işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

AzTV-nin mətbuat katibi işdən çıxarıldı

Sosial

17 İyun 2020 12:31 685


“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov işdən çıxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı M.Aslanovun özü verib.

“Dostlar, mən artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki, elin də, zamanın da gözü tərəzidir”,-deyə o, sosial şəbəkədəki qısa açıqlamasında bildirib. pizza hut

Qeyd edək ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi 2019-cu il martın 1-dən fəaliyyət göstərir. M.Aslanov da həmin vaxtdan şöbə müdiri təyin olunmuşdu.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!