Azyaşlı qıza qarşı seksual hərəkət edənlərə cəza verildi- Məhkəmədə həbs edildilər

saytların hazırlanması

Evə çatdırılma

Azyaşlı qıza qarşı seksual hərəkət edənlərə cəza verildi- Məhkəmədə həbs edildilər

Kriminal

11 Mart 2021 08:02 1020


Bakıda azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən şəxslərin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Fərid Xalıqov, Höcətəli Soltanov və Sabir Həmidovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Məhkəmənin hökmü ilə həbsdə olan 19 yaşlı Fərid Xalıqov 4 il müddətinə azadlıqdan məhrum edilib. Sezar pizza

Barələrində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilən Höcətəli Soltanov və Sabir Həmidov barəsində çıxarılan hökmə əsasən isə onların hər ikisi 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və 18 yaşlı hər iki şəxs məhkəmə zalında həbs ediliblər.

Qeyd edək ki, hər üç şəxs Bakıda azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham ediliblər.

Onlara qarşı Cinagət Məcəllısinin 150.1-ci (Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!