Azyaşlı qızların saçları pul üçün kəsilir: “Kəsəndə ağlamasın” -   Video

saytların hazırlanması

Evə çatdırılma

Azyaşlı qızların saçları pul üçün kəsilir: “Kəsəndə ağlamasın” - Video

Sosial

21 Noyabr 2025 11:05 535


Sosial şəbəkələrdə yayılmış bəzi videolarda azyaşlı qız uşaqlarının saçlarının kəsilərək satıldığı iddia olunur.

"Yeni Sabah" xəbər verir ki, maddi sıxıntı yaşayan bəzi valideynlər bu addıma məcbur qalırlar.

“Baku TV” əməkdaşı belə səhifələrdən biri ilə əlaqə saxlayıb. Telefon danışığında ona belə deyilib: Sezar pizza

“Minimum 55 sm saç qəbul edirik. Ucu zədəlidirsə, 100 qramı üçün 120–140 manat arası ödəyirik. Uşağa qısa kare saç modellərinin şəkillərini göstərin, onu tərifləyin ki, bəyənsin və kəsəndə ağlamasın”.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, uşağın bədəninə edilən bu tip müdaxilə onun psixoloji durumuna ciddi təsir göstərə, gələcəkdə şəxsiyyətinin formalaşmasında travmalar yarada bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!