Azyaşlılara pornoqrafik film izlədən kişi həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Azyaşlılara pornoqrafik film izlədən kişi həbs olundu

Kriminal

18 Oktyabr 2022 15:39 1376


İmişli Rayon Məhkəməsində ərzaq almaq üçün onun marketinə gələn azyaşlı qızlara pornoqrafik xaraketerli videolar göstərən 1991-ci il təvəllüdlü Mail Axundluya (soyad şərtidir) hökm oxunub.

“Yeni Sabah” xəbər verir ki, hadisə bu ilin mart, aprel və may aylarında İmişli rayonunun Rəsullu kəndində baş verib. 

Belə ki, Mail Axundlu rayonun Rəsullu kənd ərazisindən keçən hissəsində, yol kənarında yerləşən marketində olarkən, ərzaq almaq üçün həmin marketə gələn azyaşlı qızlara zorla telefonunda pornoqrafik xarakterli videolar izlədərək onlara əxlaqsız şəkildə toxunmağa çalışıb.  Marqarita pizza

O bu hərəkətlərindən sonra həmin uşaqları valideynlərinə deyəcəkləri təqdirdə ata və analarını öldürməklə hədələyib.

O məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 153.2-ci(əxlaqsız hərəkətlər-Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirli bilinib və barəsində iki il müddətinə islah işləri cəzası təyin edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!