10 yaşlı uşağı bıçaqlayıb öldürən şəxs edam edilib.
Yenisabah.az xəbər verir ki, hadisə Çində baş verib.
"Japan Times” qəzetinin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyi Yaponiyanın Pekindəki səfirliyinə “Cong Changchun” kimi tanınan 44 yaşlı hücumçunun edam edildiyi deyilsə də, şübhəlinin nə vaxt və harada edam edildiyi barədə məlumat verilməyib. pizza hut
Atasının yapon, anası isə Çin vətəndaşı olduğu bildirilən 10 yaşlı uşaq 2024-cü il sentyabrın 18-i səhər saatlarında Şincindəki Yapon İbtidai məktəbinə gedərkən bıçaqla hücuma məruz qalıb. Xəsarət alan tələbə aparıldığı xəstəxanada dünyasını dəyişib, hücum edən şəxs isə hadisə yerində saxlanılıb.
Şınçın mətbuatında yer alan xəbərə görə, soyadının "Cong" olduğu bildirilən 44 yaşlı şübhəli uşağa bıçaqla hücum etdiyini etiraf edib və polisdəki ifadəsində qətli tək törətdiyini bildirib. Şübhəlinin əvvəllər telekommunikasiya şəbəkəsində təxribat törətmək və ictimai asayişi pozmaqda ittiham olunaraq cinayəti olub.
Aytac Şahin
Telegram kanalımız