Baba Rzayev gürcü nazirlə görüşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Baba Rzayev gürcü nazirlə görüşdü - Foto

Siyasət

28 Fevral 2020 10:51 514


Gürcüstan İqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə "Azərenerji" ASC-nin prezidenti Baba Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. "Yeni Sabah"a daxil olan məlumata görə, Gürcüstan Dövlət Enerji Sistemi ASC-nin sədri Uça Uçanaşvilinin də iştirak etdiyi görüşdə Azərbaycanla Gürcüstan enerji sistemləri arasındakı mövcud əməkdaşlıq əlaqələri və bunun perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkənin Gürcüstan olduğunu xüsusi vurğulayan Baba Rzayev bildirib ki, Azərbaycanın Türkiyə və Avropaya ötürdüyü elektrik enerjisi də məhz Gürcüstandan keçməklə ixrac edir. Görüşdə texniki məsələlər, ölkələr arasında tranzit xarakterli yüksəkgərginlikli elektrik ötürmə xətlərinin hazırkı vəziyyəti, tikilməkdə olan Ağstafa-Qardabani xəttində işlərin son mərhələyə keçməsi barədə geniş müzakirələr aparılıb. https://cdn.yenisabah.az/files/bab1.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!