Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları yaradılır

Sosial

16 Dekabr 2019 19:33 1006


Baş Nazir Əli Əsədov Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında Qərar imzalayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, Qərara əsasən, iqtisadiyyatın müxtəlif sahələrində işçilərin peşə bacarıqlarına ehtiyaclarının öyrənilməsi, peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması ilə bağlı müzakirələrin keçirilməsi, təkliflərin verilməsi və qərarların qəbul edilməsi istiqamətində dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri, işəgötürənlər və onların birlikləri, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri tərəfindən həyata keçirilən fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları yaradılır və tərkibləri təsdiq edilir.

Həmçinin “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının Əsasnaməsi” təsdiq edilir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!