“Bacarırsan get al!” – Efirdə dava

saytların hazırlanması

Evə çatdırılma

“Bacarırsan get al!” – Efirdə dava

Siyasət

10 Oktyabr 2025 12:29 486


Musavat TV-nin efirində siyasi şərhçi Azad Məsiyev və siyasi ekspert Azər Həsrət arasında ağız davası maraqlı sonluqla bitib.

Yenisabah.az xəbər verir ki, Azər Həsrət bu gün Rusiya Federasiyasını təşkil edən ərazilərin heç bir hissəsinin ruslara aid olmadığını deyib.

O bildirib ki, rusların əsas vətəni Kiyev olub və onlar Ukraynaya müharibə etməklə, “öz anasına xəyanət” etmiş sayılır: Dominos pizza

“Rusiyanın işğal etdiyi torpaqlar mənim torpağımdır. Mənə aiddir. Türk torpağıdır. Necə ki, SSRİ dağıldı, Rusiya da dağılacaq. Gələcəyi görmək deyə bir şey var. Mən 2010-cu ildə yatıb-qalxıb deyirdim ki, 7 dövlət 1 millət. Bilirsiniz nə qədər adam mənə lağ edirdi? Həmin adamlar bu gün türk dövlətlərinin birliyindən danışmaq üçün AzTV-də növbədə durublar. Amma məni AzTV-yə buraxmırlar”.

Siyasi şərhçi Azad Məsiyev isə Azər Həsrətə etiraz edib:

“Bacarırsan get al. Amerikanı da ingilislər işğal edib. Arzu başqa şeydir, reallıq başqa şey!”

Nazim Hacıyev

 

Yanıtla


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!