Bacılar qardaşlarını niyə baltalayıblar?   - Təfərrüatlar

saytların hazırlanması

Evə çatdırılma

Bacılar qardaşlarını niyə baltalayıblar? - Təfərrüatlar

Kriminal

05 Yanvar 2022 13:09 1283


Astara rayonunda qardaşın bacıları tərəfindən baltalanmasının təfərrüatları məlum olub.

Yenisabah.az-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Astara rayonunun Təngərüd kəndində baş verib.

1982-ci il təvəllüdlü İlkin Fariz oğlu Qəmbərova bacıları - 1979-cu il təvəllüdlü Nargilə və 1992-ci il təvəllüdlü Nadirə Qəmbərova tərəfindən balta ilə xəsarətlər yetirilib. pizza hut

Ataları Fariz Qəmbərovun bildirdiyinə görə, ruhi əsəb xəstəliyindən əziyyət çəkən bacılar daha əvvəl İlkin Qəmbərovun yeni tikilən evində yanğın törətməyə cəhd ediblər. Hadisədən xəbər tutan İ.Qəmbərov dünən Çeçenistan Respublikasından evinə qayıdıb, bacılarından polisə şikayət edəcəyini bildirib. Bundan sonra bacılar səhər saatlarında yatdığı yerdə İlkin Qəmbərova balta ilə hücum çəkib ona xəsarət yetiriblər.

Çoxsaylı kəsilmiş-deşilmiş yaralarla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan İ.Qəmbərov dərhal əməliyyata alınıb. Həyati təhlükəsi yoxdur.

Hadisəni törədən bacılar saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!