Bacısı Şamil Famillinin ölüm səbəbini açıqladı - Video

saytların hazırlanması

Evə çatdırılma

Bacısı Şamil Famillinin ölüm səbəbini açıqladı - Video

Hadisə

02 İyun 2021 20:10 1184


Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Şamil Familli vəfat edib.

Yenisabah.az xəbər verir ki, onun ölümünün səbəbi ilə bağlı bacısı Lalə xanım ARB-də yayımlanan “Elgizlə izlə” verilişinə qoşularaq məlumat verib.

O bildirib ki, mayın 31-də səhər saatlarında onun ürəyi tutub: pizza hut

“Tibb bacısına zəng edərək, gəlib onun təzyiqini ölçməsini xahiş edib. 10 dəqiqə içərisində tibb bacısı gəlib, ancaq qapını açan olmayıb.

Mənə ayın 1-i axşamçağı zəng etdilər ki, nigaran qalmışıq, Şamil telefonları açmır. Mən də zəng etməyə başladım, ancaq telefonları açan olmadı. Oğlumu, gəlinimi göndərdim ki, mənə Şamildən xəbər gətirin.

Onlar mənə zəng etdilər ki, təcili gəl, biz Şamili itirmişik”.

Qeyd edək ki, Ş.Familli AzTV və Lider TV-də fəaliyyət göstərib. O, bir müddət əvvəl ARB TV-də yayımlanan “Bazar düzü” verilişinin aparıcısı olub.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!