Badamdarda son durum:   Uçqunlar baş verir

saytların hazırlanması

Evə çatdırılma

Badamdarda son durum: Uçqunlar baş verir

Hadisə

13 Yanvar 2020 06:55 1455


“Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində gərginlik qalmaqdadır”.

"Yeni Sabah" bildirir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, əməkdaşlar hələ də ərazidədir və araşdırmalar davam etdirilir: Sezar pizza

“Asfalta tökülən torpaq qatı götürülməyib. Hazırda asılı qalmış torpaq qatında xırda uçqunlar baş verir”.

Xatırladaq ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni, təxminən, 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!